İsgəndərzadə Mustafa Namaz oğlu
İsgəndərzadə Mustafa Namaz oğlu 17 noyabr, 1939-cu ildə Ermənistan Respublikasının Dərəçiçək mahalında anadan olmuşdur.
1948-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına deportasiya olunmuşdur.
Deportasiya olunduqdan sonra, Azərbaycan Respublikasının, Ağstafa rayonunun "Kalinka" kəndinə köçmüş və burada məskunlaşmışdılar.
Həmin illərdə, yaşadığı rayonda təhsil almağa başlamışdır və 8 illik təhsilini məhz həmin məktəbdə bitirmişdir. 8 illik təhsilini bitirdikdən sonra,1956-cı ildə "Kirovka" kəndinin nəzdində olan məktəbə təhsilinə davam etmişdir. 1958-ci ildə təhsilini tamamilə başa vurduqdan sonra, hərbi qulluğa yollanmışdır. 1961-ci ildə hərbi xidmətini layiqincə başa vurduqdan sonra,təhsil həyatına davam etmişdir.
Azərbaycan Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı" fakültəsinin axşam qrupları bölməsinə daxil olmuşdur.Qeyd etmək lazımdır ki, dərslərinin olmadığı müddətlər isə, soyuducu zavodunda işləyirdi.
1962-ci ildə, məktəb yoldaşı Qurbanova Mənzərə İmran qızı ilə ailə həyatı qurmuşdur və bir oğlu İsgəndərzadə Çinar 1978-ci ildə dünyaya gəlmişdir.
İSGƏNDƏRZADƏ MUSTAFA NAMAZ OĞLU 27 noyabr, 2015-ci ildə dünyasını dəyişmiş və Bakı şəhərində dəfn olunmuşdur.